Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.03.2023 17:38
  • A-
  • A
  • A+

Moskva Neft-Qaz Biznesi İnstitutunun əməkdaşları Coğrafiya İnstitutunda olublar

Moskva Neft-Qaz Biznesi İnstitutunun əməkdaşları Coğrafiya İnstitutunda olublar

Moskva Neft-Qaz Biznesi İnstitutunun (MNQBİ) 25 nəfərdən ibarət müəllim və tələbə heyəti  Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Qonaqları salamlayan institutun baş direktoru, c.e.d. Zakir Eminov 2021-ci ilin noyabrında da MNQBİ nümayəndə heyətinin iştirakı ilə görüş-seminar keçirildiyini diqqətə çatdırıb. Belə görüşlərin əhəmiyyətindən danışan baş direktor elmi səfərlərin institutlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını və institutlar arasında birgə fəaliyyət istiqamətində memorandum imzalamaq üçün əsas verdiyini xüsusi vurğulayıb. Z.Eminov, həmçinin neft-qaz sənayesinin Azərbaycanın iqtisadiyyatında rolu, onun Azərbaycanda müasir vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın demoqrafik problemləri  haqqında məruzə ilə çıxış edib.

Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, c.e.d., dosent Sitarə Tarixazər qonaqları salamlayaraq son bir ildə Coğrafiya İnstitutunda görülən işlər barədə məlumat verib, 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar institut kollektivinin hazırladığı nəşrlərdən, Qarabağ mövzusunda keçirilən konfransdan, Qəbələ səfərindən və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar planlaşdırılan tədbirlərdən söhbət açıb.

Bakıda olmasından məmnunluğunu dilə gətirən MNQBİ-nin rektoru Rüstəm Şagiyev Azərbaycanın neft-qaz istehsalı sahəsində böyük təcrübəyə malik olduğundan həmin təcrübədən yararlanmaq məqsədilə Bakıya səfər etdiklərini diqqətə çatdırıb. O bildirib ki, gələn nümayəndələr burada təlimlər keçəcək, Neft-Qaz İnstitutunda olacaq, Balaxanı neft yataqlarına baş çəkəcək, Qobustan Milli Tarixi-Bədii Qoruğuna səfər edəcəklər.

İnstitutun icraçı direktoru v.i.e., c.ü.f.d., dosent Zaur İmrani, şöbə müdirləri, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Nəriman Paşayev çıxış edərək Azərbaycanda neft biznesinin inkişafı, neft sektorunun turizmə təsiri, iqtisadi şərait haqqında fikirlərini bildiriblər.

Sonda iki müəssisə arasında memorandum imzalanması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: