Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.10.2024 16:10
  • A-
  • A
  • A+

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüş təşkil olunub.

Məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.         

Tərəflər təmsil etdikləri qurumların fəaliyyəti, beynəlxalq əlaqələri, aparılan tədqiqatlar, əldə olunan ən son nəticələr haqqında qarşılıqlı məlumat veriblər. İnstitutun baş direktoru akademik Arif Həşimov elmi müəssisədə görülən fundamental işlərdən, həmçinin laboratoriyalarda aparılan tədqiqat işlərindən bəhs edib. O bildirib ki, Fizika İnstitutu dünyanın bir sıra aparıcı elmi müəssisələri ilə əməkdaşlıq edir, əldə olunan elmi nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunur.

Görüş çərçivəsində Fizika İnstitutunun əməkdaşı, hazırda Çin Elektron Elm və Texnologiya Universitetinin Fizika Məktəbinin fizika ixtisası üzrə doktorant tələbəsi Ülkər Səmədova ilə videobağlantı yaradılıb. O, burada apardığı tədqiqat istiqamətləri haqqında danışıb.

Görüşün sonunda çinli qonaqlar laboratoriyalar ilə tanış olublar, institutun alimləri quraşdırılan cihazlar, aparılan tədqiqatlar, elmi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: