Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2026 21:36
  • A-
  • A
  • A+

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.

Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.

"Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası"nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib.

Tapıntıların Son Tunc – İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur. Qazıntı işləri davam etdirilir.

Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı daha geniş məlumat verə biləcək yeni nümunələrin aşkar olunacağı gözlənilir.

AzərTac

  • Paylaş: