AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri, magistr və tələbələrilə görüş olub.
Görüşdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Filologiya kafedrasının müdiri, professor Bəxtiyar Mengliyev, professor Leyla Raufova Lazimovna, magistr Sitora Menglieva və tələbə Nafasat Zariployeva iştirak edib.
Görüşdə çıxış edən Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, rəhbərlik etdiyi müəssisənin Özbəkistanın elm ocaqları, akademiya və universitetləri ilə geniş əlaqələri var.
Professor Bəxtiyar Mengliyev isə “Özbək dil korpusu”nun yaradılması ilə bağlı görülən tədbirlərdən söhbət açıb.
Görüşdə elmi tədqiqat institututları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər də müzakirə olunub.
Qeyd edək ki, tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Türkologiya jurnalının məsul katibi, dosent Aysel Qəribli və Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Təranə Şükürlü də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.