Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.03.2023 12:00
  • A-
  • A
  • A+

Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğız Respublikasının təhsil və elm naziri ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğız Respublikasının təhsil və elm naziri ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Qırğız Respublikasının təhsil və elm naziri Kanibek İmanaliyev ilə görüşüb.

Görüş çərçivəsində Beynəlxalq Türk Akademiyasının Elmi Komitəsinin martın 28-də Bişkekdə keçiriləcək iclasının gündəliyi, Türk dünyasında elmi əməkdaşlığın inkişafında Akademiyanın rolu, Qırğızıstanda həyata keçiriləcək layihələr və gələcək planlar müzakirə edilib.

Akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının rəhbəri vəzifəsinə təyin edildikdən sonra Qırğızıstana ilk səfəri olduğunu qeyd edən Kanibek İmanaliev tanışlıq səfərinin səmərəli olacağına əminliyini ifadə edib.

Akademiyanın prezidenti səmimi qəbula görə nazirə təşəkkür edib, Elmi Komitənin işinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: