Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.06.2024 11:14
  • A-
  • A
  • A+

XI Türk Dünyası Araşdırmaları Simpoziumunun iştirakçıları Nizami Muzeyini ziyarət ediblər

XI Türk Dünyası Araşdırmaları Simpoziumunun iştirakçıları Nizami Muzeyini ziyarət ediblər

Bakı Avrasiya Universiteti, Türkiyə Cümhuriyyəti Niğde Ömer Halisdemir Universiteti və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən XI Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edən türkoloq alimlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.

Qonaqları ekspozisiya ilə muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq tanış edib.

Simpozium iştirakçılarından Türkiyə Cümhuriyyəti Kırklareli Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı bölümünün dosenti Ayşe Şener, Ardahan Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı bölümünün dosenti Nurgül Moldalıyeva və Ardahan Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı bölümünün dosenti Mayrambek Orozobayev ekspozisiyadan təsirləndiklərini bildiriblər.

Sonra qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Söhbət zamanı türkoloq alimlər Nizami Muzeyinin bütün Türk dünyasının ortaq dəyəri olan görkəmli şəxsiyyətləri bir araya gətirən məkan kimi türk xalqlarının mədəni əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayaraq səmimi qarşılanmaya görə muzey rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra qonaqlar muzeylə bağlı təəssüratlarını “Rəy kitabı”nda qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: