Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana yeni nəşrləri daxil olub
28.03.2023 15:35
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana yeni nəşrləri daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni çapdan çıxan dəyərli nəşrlər daxil olub.

Akademik Ziyad Səmədzadənin “Azərbaycan İqtisadiyyatı 100 ildə” beşcildliyində Azərbaycan Respublikasının iqtisadiyyatının əsas göstəricilərinin, ilk növbədə, milli gəlir, onun istehsalı, bölgüsü, istehlakı və yığım proporsiyaları, iqtisadiyyatın struktur və səmərəlilik problemlərinin müqayisəli nəticələri verilib. Nəşrin I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər olan dövrdə - 1918-1991-ci illərdə inkişaf məsələlərinə həsr edilən bu zaman kəsiyi statistik materiallar və arxiv sənədləri əsasında danışılır. Nəşrin III və IV cildlərində Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illər respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır. Oxuculara təqdim olunan V cilddə - “Qarabağ Azərbaycandır! Qarabağ iqtisadiyyatı 100 ildə. Böyük Qayıdış”  prioritet istiqamət kimi Qarabağ mövzusu, xüsusilə də regionun son 100 ildə iqtisadi, demoqrafik inkişaf məsələləri ön plana çəkilib. Kitabda nəzər salınan əsas aktual məsələlər, Azərbaycan xalqının Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur.

Daxil olan nəşrlər sırasında “Azərnəşr” tərəfindən buraxılan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 124 və 125-ci kitabları var. Kitablarda toplanmış materiallar Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışının və ona verilən suallara cavablarının mətnləri, xaricə səfərləri, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələr toplanıb.

Kitablar tələbələr, tədqiqatçılar, alimlər üçün Azərbaycan Respublikasının tarixini, ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: