Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Kimya Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi

AMEA Kimya Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi
9 dekabr 2013-cü il tarixdə AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA KEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyevgündəlikdə duran məsələlər barədə məlumat verdi.

Bölmə institutlarının 2013-cü il hesabatına hazırlıq işlərindən danışan AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev KEB-in tərkibinə daxil olan institutların elmi–təşkilati fəaliyyəti, kimya elmləri sahəsində aparılmış tədqiqatlar, əldə olunmuş mühüm nəticələrin hesabatda yüksək səviyyədə təqdim olunmasının zəruriliyini vurğuladı.

Bölmənin hesabatında AMEA KEB-ə daxil olan institut direktorları, müavinləri, elmi katiblər, laboratoriya müdirləri və elmlər doktorlarının iştirak edəcəyi bildirildi.

D.Tağıyev KEB-in illik ümumi yığıncağının 16 dekabr 2013-cü il tarixdə saat 10:00-da AMEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) keçiriləcəyini diqqətə çatdırdı.

NKPİ-nin strukturunda qismən dəyişikliklər edilməsi haqqında çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov bildirdi ki, NKPİ-nin tərkibində olan iki laboratoriyanın birləşdirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin 2014-cü ildə AMEA-da keçiriləcək beynəlxalq elmi və elmi-texniki tədbirlərin planına KEB tərəfindən akademik Soltan Mehdiyevin 100 illik yubileyinin keçirilməsi təklifinin irəli sürülməsi qərara alındı.

İclasda səsləndirilən məsələlərlə bağlı akademik-katibin müavinləri, akademiklərAğadadaş Əliyev və Vaqif Fərzəliyev, akademiklər, Musa Rüstəmov, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev və digərləri çıxış etdilər.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: