Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.05.2023 11:24
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Biofizika İnstitutunda təcrübə keçirlər

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Biofizika İnstitutunda təcrübə keçirlər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin III kurs tələbələri Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda istehsalat təcrübəsi keçirlər.

İlk tanışlıq günündə institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, dosent Rasim Aslanov tərəfindən tələbələrə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, burada fəaliyyət göstərən laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi barədə geniş məlumat verilib.

Qeyd edək ki, təcrübə müddəti may ayının 22-də yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: