Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in “İnformasiya bülleteni”nin ilk sayı nəşr edilib
17.05.2023 16:30
  • A-
  • A
  • A+

MEK-in “İnformasiya bülleteni”nin ilk sayı nəşr edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) nəşri olan “İnformasiya bülleteni”nin birinci sayı işıq üzü görüb.

“İnformasiya bülleteni” AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2023-cü ildən nəşrə başlayıb və ildə 4 sayı nəzərdə tutulur.

Bülletendə MEK-in fondlarına cari ilin hər rübündə daxil olan ədəbiyyatlar, ardı davam edən nəşrlər, jurnallar, dissertasiya və avtoreferatlar və sərgilər haqqında məlumatlar var. Həmçinin ayrıca bölmə kimi verilən tədbirlərin xronikasında yer alan materialların yayımladığı mənbələrin linklərinin verilməsi də yenilikdir və axtarış imkanlarını asanlaşdırır.

Bülletendə təqdim olunan ədəbiyyatlar elm sahələri üzrə qruplaşdırılıb, əlifba sırası ilə düzülüb. Oxucuların kataloqa müraciət etmədən ədəbiyyat aparması məqsədilə təsvirlərin qarşısında mənbələrin şifrəsi də bülletendə verilib.

Bülletenin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaksiya heyəti kitabxananın icraçı direktoru, fil.ü.f.d., dosent Şəhla Tahirqızı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Gülnar Məmmədova, Mina Qasımovadır. Bülletenin işçi qrupuna Nərgiz Novruzova, Mahnur Həsənova, Afət Məmmədova, Türkan Vahidova, Rəna Cavadova və Nərminə Efendiyeva daxil olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: