Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə nüfuzlu jurnalda dərc olunub
22.05.2023 12:02
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə nüfuzlu jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Fiziki-kimyəvi analiz şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Səidə Məmmədli, şöbənin mühəndisi Esfira İsgəndərova, Elmi-texniki informasiya və telekommunikasiya şöbəsinin elmi işçisi Romаn Əsədov, Azərbaycan Neft və Sənaye Universitetinin magistrantı Ülviyyə Çobanova və Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Ülviyyə Cabbarlının həmmüəllifi olduqları “Synthesis and Investigation of Photosensitive Polymer” adlı məqalə “American Journal of Engineering Research” jurnalında dərc olunub.

Məqalədə müəlliflər tərəfindən stirolun izopren ilə radikal birgəpolimerləşmə reaksiyaları həyata keçirilib. Yeni birgəpolimerin strukturu İQ analiz ilə təsdiqlənərək tərkibi müəyyən edilib. Aparılan reaksiyada stirolun nisbi aktivliyinin izoprenin monomerinin nisbi aktivliyindən (r1˃r2), r1=2,2; r2=0,27-dən yüksək olduğu aşkarlanıb. Q-e sxemi üzrə birgəmonomerlərin polyarlığı və aktivliyi hesablanıb. Birgəpolimerin fotohəssaslıq göstəricisi (Ψ=55 sm2/C) müəyyən olunaraq tikilmə prosesinin ilk anlarda daha yüksək sürətlə reallaşdığı aşkar edilib. Spektral analizlərin nəticələrinə görə birgəpolimerin fotohəssaslıq xassəsi ilə yanaşı yaxşı adgeziya, örtük əmələ gətirmə və digər litoqrafik xassələrə də malik olduğu aydınlaşdırılıb.

Qeyd edək ki, DOAJ (Directory of Open Access Journals), American National Engineering Database (ANED), Vixra, Google Scholar, Index Copernicus) kimi bazalara daxil olan jurnal 7.2 impakt faktora malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: