Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.05.2023 15:15
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində məktəblilər üçün “Açıq qapı” günləri keçirilir

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində məktəblilər üçün “Açıq qapı” günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göstərişi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Heydər Əliyev İli” və Beynəlxalq Muzeylər Günü münasibətilə 18-25 may 2023-cü il tarixlərində məktəblilər üçün “Açıq qapı” günləri keçirilir.

Muzeyi ziyarət edən şagirdlər arasında Bakı şəhəri üzrə məktəblərlə yanaşı, şəhərətrafı qəsəbələrdə yerləşən məktəblərdən də şagirdlər üstünlük təşkil edir.

Qeyd edək ki, bu təşəbbüs 2015-ci ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: