Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2023 15:38
  • A-
  • A
  • A+

Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib

Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda keçirdiyi maarifləndirmə tədbirləri davam edir.

Mayın 26-da növbəti maarifləndirmə tədbiri Bakı şəhərinin Yasamal rayonundakı Faiq Rzayev adına 150 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə RSXM-nin Maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçıları mövzü ilə bağlı məlumatlandırıb.

Yasamal rayonu Faiq Rzayev adına 150 saylı tam orta məktəbin direktoru Pərvanə Səfərova tədbirdə çıxış edərək mövzunun aktuallığını və keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb.

Sonda maraq doğuran suallar cavablandırılıb və iştirakçılara mövzu ilə əlaqədar bukletlər paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbirləri RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası və “Tədris” şöbəsinin təşkilatçılığı keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: