Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.08.2023 09:40
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Kiş çayının Damarçın qolu ərazilərində ekoloji monitorinq aparıb

Coğrafiyaçı alim Kiş çayının Damarçın qolu ərazilərində ekoloji monitorinq aparıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev tərəfindən Kiş çayının Damarçın qolu və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb.

Monitorinq zamanı çayın mənbəyində sellərin əmələgəlmə şəraitinin öyrənilməsi üçün ölçmə işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə edilib. Eyni zamanda, çay məcrasının ətrafındakı  təbiət abidələrindən biri olan “Meşəbaşı” şəlaləsinin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: