Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.09.2023 14:21
  • A-
  • A
  • A+

Professor Vüqar Əhməd xarici mətbuatda

Professor Vüqar Əhməd xarici mətbuatda

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Vüqar Əhmədin 60 illiyi ilə əlaqədar xarici mətbuatda silsilə məqalələr dərc olunub.

Pakistanda “Qlobal ədəbiyyat” jurnalında filologiya üzrə fəlsəfə doktoru, mütərcim Məsmə İsmayılovanın “Şair-alim Vüqar Əhməd” məqaləsi və onun poeziyasından tərcümə etdiyi seçmə şeirlər ingilis dilində çap olunub. Türkiyənin nüfuzlu “Kültür evreni” dərgisində də yenə eyni müəllifin “Həyat baharı: Vüqar Əhməd” adlı yubiley məqaləsi (ingilis dilində) qardaş ölkənin oxucularının ixtiyarına verilib.

“Kültür evreni” (2023, №51) dərgisində, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevanın “Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusu” adlı geniş həcmli məqalə dərc olunub.

Beynəlxalq Elm və Sənət Akademiyasının elmi-ədəbi “Xəbərlər” jurnalında da (2023, №1) Vüqar Əhmədin yubileyi ilə əlaqədar  rus dilində “Aktyorun dəfni”, “Duzsatan Həlimə” adlı hekayələri və “Azərbaycan “ şeiri oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: