Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Əkpər Feyzullayev və fəlsəfə doktoru Maral Karajanovanın həmmüəllifi olduğu “Neft-qaz texnologiyalarının geoloji əsasları” adlı dərs vəsaiti işıq üzü görüb.
Dərs vəsaitində “neft-qaz işi” ixtisaslı tələbələrin nəzərdə tutulmuş fənnlər üzrə əvvəlki tədris mərhələlərində əldə edilmiş biliklərin tamamlanması məqsədi ilə neft sənayesinin inkişafı tarixindən bəzi qısa faktlar, quyuların qazılması, neftçıxarma texnologiyasının bəzi məsələləri, neft-mədən geologiyasından məlumat, geoloji kəsilişlərin öyrənilməsi üsulları, quyuların quruluşu və digər məlumatlar öz əksini tapıb. Vəsaitin məqsədi “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” və “Neft-qaz işi” sahələri üzrə təhsil alan gənc mütəxəssisləri müasir texnologiyalar, geoloji və texnoloji məlumatların əldə edilməsi və təhlili, optimal qərarlar qəbul edilməsi istiqamətində üsul və vasitələrlə tanış etməkdir.
Qeyd edək ki, dərs vəsaiti AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurası (protokol №6, 17.11.22) və Ş.Yesenov adına Kaspi Dövlət Mühəndislik və Texnologiyalar Universitetinin (Aktau, Qazaxıstan) akademik şurası tərəfindən (protokol №5, 21.04.21) çapa tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.