Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çapdan çıxıb
21.09.2023 14:45
  • A-
  • A
  • A+

“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub.

Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq ərsəyə gətirilib.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Kitabın məzmunu Ədəbi Turan Kitab Fondu İctimai Birliyinin cavabdehliyindədir.

Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşiddir. Tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.

Kitabda klassik Azərbaycan şairləri ilə birgə, Cənubi Azərbaycandan olan yazarların da əsərləri yer alıb. Esmira Fuad, həmçinin nəşrə “Salam Şuşam, Uluyurdum mənim...” adlı “Ön söz” də yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: