Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının monoqrafiyası Rumıniyada çap olunub
22.09.2023 14:44
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının monoqrafiyası Rumıniyada çap olunub

 

ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - k.e.d. Zenfira Ağayeva, k.e.d. Aybəniz Qaşqay, elmi işçi Sevinc Bayramova və kiçik elmi işçi Xuraman İlyasovanın “Ecological assessment of biosphere safety” adlı monoqrafiyası Rumıniyanın Petroşani şəhərində çap olunub.

Təqdim olunan monoqrafiyada  bir sıra sənaye sahələrinin bərk sənaye tullantılarının mənfi təsiri məsələləri işıqlandırılır və ümumiləşdirilir. Qeyd olunur ki, insan fəaliyyəti nəticəsində biosferin strukturu, Yer səthinin atmosferi, relyefi, canlı aləmi və s. kəskin şəkildə dəyişib. Ətraf mühitə antropogen təsirin baş verməsinin tarixi faktları təhlil edilir.

Qeyd olunur ki, təbii sərvətlərdən qeyri-rasional istifadə flora və faunanın dəyişməsinə, bir çox bitki və heyvan növlərinin məhvinə, bəzən isə tamamilə yoxa çıxmasına, ətraf mühitdəki arzuolunmaz qida maddələrinə kənd təsərrüfatı bitki və heyvanlarının yoluxucu və parazitar xəstəliklərinin patogenlərinin və zərərvericilərinin yayılmasına, mikrobioloji çirklənməyə və s. səbəb olur. Göstərilir ki, metallurgiya sənayesi ətraf mühiti çirkləndirən əsas sahələrdən biridir və bütün sənayenin ümumi emissiyalarının təxminən 40%-ni təşkil edir. Bir sıra dağ-mədən yataqlarının nümunəsindən istifadə edərək, dəmir filizi emalı zamanı mineral tullantılarda iqtisadi qiymətli metalların turşu ilə yuyulması qanunauyğunluğunun müəyyənləşdirilməsinin məqsədəuyğunluğu məsələləri işıqlandırılır. Belə qənaətə gəlinir ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: