Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qida kimyası” adlı dərslik nəşr olunub
28.09.2023 12:41
  • A-
  • A
  • A+

“Qida kimyası” adlı dərslik nəşr olunub

Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Fariz Əmirli, NKPİ-nin Kimyəvi proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi laboratoriyasının müdiri, ADNSU-nin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Ağamalıyev, Bakı Sağlamlıq Mərkəzində cərrah, mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Abbasova və Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, ADNSU-nin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevanın birgə həmmüəllif yolduqları “Qida kimyası” adlı dərslik çap olunub.

Dərslik universitetlərdə Qida mühəndisliyi ixtisası üzrə “Qida mühəndisliyində qidalanma və sağlamlıq”, “Qida məhsullarının kimyası”, “Qida məhsullarının biokimyası”, “Qida sənayesində texnologi əməliyyatlar” fənlərindən təhsil alan tələbələrin və magistrlərin bu fənlərin yaxşı mənimsənilməsinə və dərindən öyrənilməsinə, həm nəzəri, həm də təcrübi biliklərin qazanmasına kömək edəcək.

Kitab, həmçinin qida sənayesinin istənilən sahəsində süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və unlu qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında, iaşə müəssələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışan işçilər tərəfindən də istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: