AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “100 yaşlı Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” adlı məqaləsi “Elm” qəzetində nəşr olunub.
Məqalədə alim Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Əsasnaməsi sayılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin respublikanın ilk elmi qurumu, əsas elmi mərkəzlərindən biri kimi fəaliyyəti haqqında ətraflı qeyd edib.
Həmçinin məqalədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-ya qayğısından bəhs olunur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrildiyi vurğulanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.