Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Adil Qəribovun monoqrafiyası Rusiyada işıq üzü görüb
02.10.2023 12:20
  • A-
  • A
  • A+

Akademik Adil Qəribovun monoqrafiyası Rusiyada işıq üzü görüb

Akademik Adil Qəribovun «Термо- и радиационно-гетерогенные процессы в атомно-водородной энергетике» (“Nüvə-hidrogen energetikasında termo və radiasiya-heterogen proseslər”) adlı monoqrafiyası Moskvanın Наука nəşriyyatında işıq üzü görüb. Vəsaitdə su və metandan hidrogenin alınması proseslərinin qanunauyğunluqlarının tədqiqi zamanı alınmış nəticələr ümumiləşdirilib. Bu proseslər arasında termo, radiasiya və radiasiya-termoheterogen prosesləri qeyd olunur. Aparılan tədqiqatlar zamanı sudan hidrogenin alınması proseslərinin fiziki, fiziki-kimyəvi və kimyəvi mərhələlərinin mexanizmləri müəyyənləşib.

Enerji təminatı və enerji təhlükəsizliyi probleminin həlli yollarına həsr olunan monoqrafiyanın mövzusunu nüvə enerjisinin radiasiya və istilik komponentlərinin hidrogenin kimyəvi enerjisinə transformasiyasının elmi əsaslarının işlənilməsi təşkil edir. Qlobal enerji böhranı və ekoloji problemlərin mövcud olduğu dövrümüzdə bu kimi mövzuların araşdırılması olduqca böyük əhəmiyyət və aktuallıq kəsb edir.

Monoqrafiyanın “Əsas enerji mənbələri”, “Enerji mənbələrinin transformasiyası”, “Nüvə-hidrogen energetikası”, “Sudan hidrogenin alınmasının homogen radiolitik prosesləri”, “Radiasiya-katalitik proseslərin fiziki mərhələləri” və digər fəsillərində araşdırılan mövzu ilə bağlı müvafiq praktiki təkliflər də irəli sürülür.

Vəsait bakalavr, magistr, hidrogen və nüvə-hidrogen energetikası, habelə radiasiya texnologiyaları və materialşünaslıq sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: