Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub
04.10.2023 11:48
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Çimnaz Şabanovanın “Digital model of polar liquid absorption bands visualization” adlı məqaləsi “Web of Science” beynəlxalq bazasına daxil olan “Chemical Papers” jurnalında çapdan çıxıb.

Məqalədə qütb mayelərinin udma zolaqlarının spektrinin avtomatlaşdırılmış hesablanması üçün yüksək dəqiqlikli üsul təklif edilib. Mikrodalğalı diapazonda tədqiq olunan mayenin impulslu zondlanması zamanı dalğa əks etdirmə əmsalının paylanmasının rəqəmsal səthinin vizuallaşdırılması üçün proqram modulu hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: