Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.10.2023 09:56
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun alimləri məktəblilərlə görüş keçiriblər

Dendrologiya İnstitutunun alimləri məktəblilərlə görüş keçiriblər

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun alimləri b.ü.f.d., dosent Ramiz Ələkbərov və b.ü.f.d., dosent Dilruba Əliyeva Azərbaycan elmin təhsilə inteqrasiyası layihəsi çərçivəsində 181 nömrəli məktəbin şagirdləri ilə görüş keçiriblər.

Görüşdə şagirdlərə slayd dərs göstərilib. “Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər” mövzusunda olan dərsdə şagirdlərə qan-damar sistemi haqqında geniş məlumat verilib.

B.ü.f.d.., dosent Ramiz Ələkbərov xalq və ənənəvi təbabətdə istifadə olunan dərman bitkilərinin köməyi ilə müxtəlif səbəblərdən tutulmuş damarların açılması yollarından bəhs edib. Damar tutulmalarının yaranması və inkişafı səbəbləri, xəstəliyin ənənəvi və xalq təbabəti metodları vasitəsilə müalicəsi ətraflı şəkildə şərh olunub.

Nümunəvi dərs məktəb rəhbərliyi tərəfindən izlənilib.

Qeyd edək ki, Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər” kitabı 2023-cü ildə işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: