Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.10.2023 12:38
  • A-
  • A
  • A+

MEK ilə EBSCO məlumat bazası arasında tərəfdaşlıq məsələləri müzakirə olunub

MEK ilə EBSCO məlumat bazası arasında tərəfdaşlıq məsələləri müzakirə olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov ilə görüş keçirilib.

Qonaq öncə kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu, Diplomatik fond və Akademiklər zalı ilə tanış olub, MEK haqqında ətraflı məlumat alıb.

MEK-in baş direktoru, professor Məmməd Əliyev qonağa dəvətini qəbul edib görüşdə iştirak etdiyi üçün təşəkkürünü bildirib.

Baş direktor bildirib ki, görüşün keçirilməsində məqsəd MEK əməkdaşlarına EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər haqqında məlumat vermək və kitabxananın bazaya qoşulması imkanlarını müzakirə etməkdir.

Görüş müddəti EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun tarixi haqqında qısa məlumat verib. Bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. Hazırda dünyanın 98 mindən artıq nəşriyyat evləri ilə tərəfdaşlıq edən qurumda 400-dən artıq verilənlər bazası və elektron kitab kolleksiyası var. Çıxışı zamanı qurumun nümyəndəsi təhsil platformaları ilə kitabxana resurslarının inteqrasiyası, açar sözlər üzrə axtarış, mövzu indeksləri, coğrafi terminlər, təsnifat kodları, EBSCOhost platformasında elmi axtarış metrologiyası və bu kimi digər mövzulara toxunub.

Diskussiya xarakterli görüşdə bazanın məlumat mənbələrindən yararlanmaq və abunə məsələləri ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda qonağa MEK adından Şuşanın tarixindən bəhs edən Çingiz Qacarın “Qədim Şuşa” kitabı hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: