Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.10.2023 10:06
  • A-
  • A
  • A+

20 nömrəli məktəbin şagirdləri Biofizika İnstitutunu ziyarət ediblər

20 nömrəli məktəbin şagirdləri Biofizika İnstitutunu ziyarət ediblər

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda gələcək elmi nəslin formalaşması, elmdə gənc kadrların öz bacarıq və potensiallarını qabarıq şəkildə göstərməsi məqsədilə Bakı şəhəri 20 nömrəli məktəb-liseyin müəllim və şagird heyəti institutun laboratoriyalarını ziyarət edib və elmi-texniki bazas; ilə yaxından tanış olublar.

İnstitutun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova şagirdlərə müəssisənin əsas prioritet istiqamətləri, laboratoriyaları və aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Məktəbin fizika müəllimləri Xumar Hacıyeva, Sevinc Museyibova, həmçinin məktəb-liseyin 9, 10, 11-ci sinif şagirdləri keçirilən debatlarda yaxından iştirak ediblər.

Sonda Elm və Təhsil Nazirliyinin hər il elan etdiyi “Sabahın alimləri” respublika müsabiqəsinə namizədlər seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: