Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.10.2023 10:28
  • A-
  • A
  • A+

Qərbi Bohemia Universitetinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda seminar keçiriblər

Qərbi Bohemia Universitetinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda seminar keçiriblər

Avropa Komissiyasının dəstəyi ilə yerinə yetirilən Horizon-MSCA-İNNMEDSCAN qrantı üzrə Çexiyanın Qərbi Bohemia Universitetinin Elektronika mühəndisliyi və informasiya texnologiyaları fakültəsinin mütəxəssisləri Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda ezamiyyətdə olublar.

Ezamiyyətin əsas məqsədi qrant layihəsinin 1-ci iş paketi üzrə elektronik dövrələrin hazırlanması və hazırlanan elektronik dövrələrin gələcəkdə Radiasiya Problemləri İnstitutunun və Rəqəmsal İnkişaf Agentliyinin yüksək aktivlikli Co-60 mənbələrindən istifadə edərək qamma şüalara qarşı radiasiya davamlılığının tədqiq edilməsi istiqamətində geniş müzakirələr aparmaqdır. Qərbi Bohemia Universitetinin qrup rəhbəri Dr. Ondrej Urban tərəfindən Radiasiya Problemləri İnstitutunda elektronik dövrələrin yüksək radiasiya fonunda tədqiq edilməsinə həsr edilmiş seminar keçirilib. Seminarda Radiasiya Problemləri İnstitutunun, Rəqəmsal İnkişaf Agentliyinin və Fizika İnstitutunun əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: