Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2023 15:26
  • A-
  • A
  • A+

Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri Romada

Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri Romada

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasının Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nəbiyeva Romada Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov ilə görüşüb.

Görüşdə elmi-mədəni məsələlər müzakirə olunub, cənab səfirin təklifləri dinlənilib. Sonda gənc alim səfirə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, həmçinin Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasında Mədəni İrs konsepsiyası çərçivəsində təbliğ olunan Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsərini təqdim edib və müasir dövr üçün olduqca qiymətli olan bu tapıntının AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin uzunmüddətli səyi və şəxsi təşəbbüsünün nəticəsi olduğunu xüsusilə vurğulayıb.

Kitabın tərtibçisi, “Ön söz”ün və şərhlərin müəllifi Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, tərcüməçiləri Ferhangiyan Universiteti, Fars dili və ədəbiyyatı fakültəsinin dosenti Dr. İxtiyar Bəxşi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucovadır. Əsəri yüksək qiymətləndirən Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov öz növbəsində Nəsimi adına Dilçilik İnstitutuna italyanca yazılmış müəllifləri Daniel Pommmier və Elçin Əhmədovun olduğu “Shusha Capitale culturale de'll Azerbaigian” əsərini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: