Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2023 15:33
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu ilə Macarıstanın Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Radiasiya Problemləri İnstitutu ilə Macarıstanın Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının müdiri, f.e.d., dosent Fərid Əhmədov Macarıstanın Nüvə Tədqiqatları İnstitutunda olub.

Səfər müddətində Nüvə Tədqiqatları İnstitutunun direktoru, Prof. Zsolt Dombradi, CERN qrupunun rəhbəri PhD Ujvari Balazs və MİMF-in rəhbəri Orxan Rəsulovla görüş keçirilib.

Macarıstanın Nüvə Tədqiqatları İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış müqavilənin əsas məqsədi innovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşları tərəfindən hazırlanan fotodiodların yüksək enerjilər fizikasında tətbiqi, fotodiodların radiasiya davamlığının öyrənilməsi və birgə beynəlxalq layihələrin işlənməsi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: