Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.11.2023 09:24
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Polşada keçirilən beynəlxalq konfransda məruzə edib

Əlyazmalar İnstitutunun alimi Polşada keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Rəna Məmmədova Polşanın Varşava Universitetində “Polşa və Türk dünyası” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan, Qazaxıstan və Türkiyənin Polşadakı səfirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş konfransda dosent Rəna Məmmədova “Tarixə aid Bakıda mühafizə olunan türkdilli əlyazmalar” (“Baku manuscripts of turkic-language works on history”) mövzusunda məruzə ilə çıxış edib və beynəlxalq sertifikatla təltif olunub.

Qeyd edək ki, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyoter Taraça, Türk Elmləri Departamentinin başçısı A.Bareja-Starzynska, Azərbaycan və Qazaxıstanın Polşadakı səfirləri Nərgiz Qurbanova və Alim Kirabayev, Türkiyənin Varşavadakı müvəqqəti işlər vəkili Çağdaş Bilgin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənovanın da iştirak etdiyi konfransın bağlanış mərasimində 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş sənədli film də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: