Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.11.2023 11:10
  • A-
  • A
  • A+

Gender Bərabərliyi Naminə İslahata Dəstək Xidməti məsul şəxslər üçün treninq keçirib

Gender Bərabərliyi Naminə İslahata Dəstək Xidməti məsul şəxslər üçün treninq keçirib

Avropa İttifaqı Gender Bərabərliyi Naminə İslahata Dəstək Xidməti gender məsul şəxslər üçün 2 günlük treninq keçirib.

Məqsəd nazirliklər və dövlət komitələrində gender bərabərliyinin təşviqi nəticəsində idarələrarası geniş öhdəlik şəbəkəsi formalaşdırmaqdır.

İştirakçılar Gender meynstriminqi, Gender təhlilinə giriş, Gender təhlil alətləri (4R), Gender təhlil çərçivələri və Fəaliyyət təhlili mövzularında təqdimatlarla tanış olub və gender matriks çalışmaları aparıblar.

Aİ-nin 2021-2025-ci illəri əhatə edən III Gender Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərdə məqsəd genderin əsas axına çevrilməsidir. Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət istiqamətlərindən biri gender məsul şəxslərin texniki səriştə və potensialının artırılması, əldə etdikləri bilik və bacarıqları öz müəssisələrində tətbiq etmələridir.

Tədbirdə Akademiyanı AMEA-nın Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli təmsil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: