Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2023 10:12
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Zəfər Günü qeyd olunub

Neft-Kimya Prosesləri İnstitutunda Zəfər Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 8 Noyabr - Zəfər Günü qeyd edilib.

Öncə tədbir iştirakçıları vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra, tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, əsrlər boyu edə bilmədiyimizi İlham Əliyev 44 günlük Vətən müharibəsində və nəhayətdə 2023-cü ilin sentyabrında bir sutkadan da az müddətdə həyata keçirdi.

Tariximizdə görünməmiş dövlət-xalq birliyi məhz müdrik Prezidentimiz İlham Əliyevin sayəsində yaranıb. Otuz ilə yaxın müddətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi cənnət-məkanımızda misli görünməmiş quruculuq-abadlıq işləri görülür. Üçrəngli bayrağımız indi işğaldan azad olunmuş torpaqlarda zəfər bayrağı olaraq dalğalanır.

Akademik Vaqif Abbasov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad olunması Şuşanın, Laçının, Qubadlının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Ağdamın, Xankəndinin, Ağdərənin, Xocalının səmasında Azərbaycan bayrağının dalğalanması çox qürurvericidir. Həm də o qürurvericidir ki, Xocalıda qətliam törətmiş, Gəncəni, Bərdəni, Tərtəri və digər şəhərlərimizi raket atəşinə tutmaq əmrini vermiş və bununla vaxtilə öyünən cəlladların bir qismi əli qandallı Azərbaycan əsgəri qarşısında baş əyərək Bakıya gətirildilər və öz layiqli cəzalarını alacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: