Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.11.2023 15:25
  • A-
  • A
  • A+

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində erməni yalanlarını ifşa edən kitabların təqdimatı keçirilib

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində erməni yalanlarını ifşa edən kitabların təqdimatı keçirilib

13 noyabr tarixində IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “XIX – XX əsrin əvvəllərində İravan şəhərlərinin tarixindən” və “История Азербайджана в армянской исторической публицистике и историографии: фалъсификация и правда” kitablarının təqdimatı keçirilib. Təqdimatda tanınmış tarixçilər, kitabların müəllifləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov “XIX –XX əsrin əvvəllərində İrəvan şəhərlərinin tarixindən” kitabından danışaraq bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvan şəhərinin tarixinin öyrənilməsinə və təbliğinə böyük önəm verilir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır.

Daha sonra Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Rüstəm Məmmədov həmin fondun sifarişi ilə hazırlanan “История Азербайджана в армянской исторической публицистике и историографии: фалъсификация и правда” kitabının əhəmiyyətindən bəhs edib və müəlliflərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “XIX – XX əsrin əvvəllərində İrəvan şəhərlərinin tarixindən” kitabının redaktoru tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, elmi redaktorları tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova və tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Mustafayevadır. “История Азербайджана в армянской исторической публицистике и историографии: фалъсификация и правда” kitabının tərtibatçısı Kərim Şükürov, elmi redaktoru İlqar Niftəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: