Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

20.11.2023 10:42
  • A-
  • A
  • A+

Şəkinin orta əsrlər tarixini əks etdirən tədqiqat əsəri təkrar nəşr olunub

Şəkinin orta əsrlər tarixini əks etdirən tədqiqat əsəri təkrar nəşr olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun müəllifliyi ilə “Şəkinin orta əsrlər tarixi” kitabı yenidən çap edilib.

Şəkinin qədim dövlətçilik tarixini əks etdirən, arxiv materialları və qəzet məqalələri əsasında tərtib edilən kitab “Heydər Əliyev İli”nə dəyərli töhfədir.

Nəşr XX əsrdə yaşamış əslən Cənubi Azərbaycandan olan tarixçi, tərcüməçi Tağı Musəvinin 1960-1976-cı illərdəki elmi fəaliyyətinin nəticəsi olaraq ərsəyə gəlib. Kitabda təqdim olunan məlumatlar Şəkinin tarixən qədimdən formalaşmış və təşəkkül tapmış dövlətçilik ənənələrinin mövcudluğuna işarədir.

Yeni nəşr geniş oxucu kütləsi və elmi ictimaiyyət üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: