Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr olunub
27.11.2023 14:58
  • A-
  • A
  • A+

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr edilib.

İnstitutun Elmi şurasının 8 dekabr 2022-ci il tarixli iclasının qərarı ilə çap edilən kitab Mehdi Hüseyn və tarixi ədəbi prosesə həsr olunub.

İşin layihə rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

“Elm” nəşriyyatında işıq üzü görən kitab 460 səhifədən ibarətdir. XX əsr (Sovet dörü) Azərbaycan ədəbiyyatı şöbəsində tərtib edilən kitaba Xalq yazıçısı Mehdi Hüseynin şəcərəsi, tərcümeyi-halı və yaradıcılıq yolunu əhatə edən, müasir demokratik elmi meyarlar mövqeyindən yazılmış tədqiqat işləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: