Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Göygöl Milli Parkının Dendroflorası” kitabı nəşr edilib
29.11.2023 12:02
  • A-
  • A
  • A+

“Göygöl Milli Parkının Dendroflorası” kitabı nəşr edilib

 

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları  “Göygöl Milli Parkının Dendroflorası” kitabı işıq üzü görüb.

Kitab Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova, b.e.d., professor Elman İsgəndər, Göygöl Milli Parkının direktoru Fuad Quliyev tərəfindən yazılıb. 

Sözügedən vəsaitdə bitkilərin Azərbaycanda yayılması, bоtaniki təsviri, ekоlоgiyası, istifadə perspektivliyi haqqında məlumatlar verilib.

Qeyd edək ki, uzun illərdir Dendrologiya İnstitutu tərəfindən Azərbaycanın dendroflorasıın öyrənilməsi məqsədilə bölgələrə çoxsaylı ekspedisiyalar, çöl marşrutları təşkil edilməklə tədqiqatlar aparlır. Göygöl Milli Parkının ərazisində monitorinq keçirilərək bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində mütəmadi ezamiyyələr təşkil edilməklə Göygöl Milli Parkında Milli Parkının ətraf ərazisinin təbii bitki örtüyünün taksonomik tərkibi araşdırılıb, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri öyrənilib, relikt, endemik nadir və nəsli kəsilməkdə olan bitkilər təhlil edilib. Su və torpaq nümunələri götürülərək institutun laboratoriyasında tərkibi tədqiq edilib. Herbari nümunələri toplanılaraq Dendrologiya İnstitutunun herbari fondunda saxlanılır.

Göygöl Milli Parkının  ərazisində, biomüxtəlifliyin genişləndirilməsi, davamlı istifadəsinin həyata keçirilməsi, faydalı bitkilərin kolleksiyalarının yaradılması, torpaq-iqlim şəraitinə davamlı, bioekoloji və dekorativlik xüsusiyyətləri hərtərəfli elmi əsaslarla öyrənilən ağac və kol bitkilərinin toxumları tədarük edilərək Abşeron şəraitində bioekooji xüsusiyyətləri öyrənilib.

Oxucuya 38 fəsiləyə, 79 cinsə aid 229 növ ağac və kol bitkiləri haqqında məlumat verilir. Təqdim olunan bu kitab botaniklər, ekoloqlar, dendroloqlar, geobotaniklər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub. Kitabda olan elmi məlumatlar çoxillik elmi tədqiqat işlərinin məhsuludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: