Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi” adlı monoqrafiya çapdan çıxıb
30.11.2023 12:10
  • A-
  • A
  • A+

“Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirlinin “Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi” adlı monoqrafiyası nəşr olunub.

İnstitutun Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 360 səhifəlik kitabda dünya folklorşünaslığında mövcud olan nəzəri fikirlər və Azərbaycan əfsanə mətnləri kompleks şəkildə öyrənilərək əfsanənin janr xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda, əfsanələrin mətn xüsusiyyətlərinə də aydınlıq gətirilib, nəşrlərdə mövcud olan qondarma, saxtalaşdırılmış və dəyişdirilmiş mətnlər aşkara çıxarılıb.

Monoqrafiyanın ikinci hissəsində əfsanələrin etiologiyası və motivləşmə məsələlərinə aydınlıq gətirilib, üçüncü hissədə isə dünya və Azərbaycan folklorşünaslığında əfsanələrin və epik folklorun oxşar janrlarına aid sistemləşdirilmə təcrübələrinə nəzər salınaraq kataloqların müsbət və mənfi tərəfləri öyrənilib.

Monoqrafiyaya əlavə kimi Azərbaycan əfsanələrinin məzmun və etioloji xüsusiyyətlərinə görə süjet göstəriciləri tərtib edilib. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: