Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.12.2023 16:45
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra komitəsi ilə görüş keçirilib.

Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, icraçı direktoru texnika elmləri doktoru, dosent Nizami Mürsəlov, elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Ziyarət Paşayeva, Təhsil şöbəsinin müdiri kimya elmləri doktoru, dosent Lalə Əfəndiyeva, Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, “SABAH” qrupları İcra komitəsinin rəhbərinin tədris, professor-müəllim heyəti və əməkdaşlarla iş üzrə müavini Nailə Qəhrəmanova, “SABAH” qrupları İcra komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin “SABAH” Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “SABAH” Mərkəzinin rəhbəri Arzu İbrahimova və Azərbaycan Texniki Universitetinin “SABAH” Mərkəzinin rəhbəri Aytən Sadıqova iştirak ediblər.

İnstitutun baş direktoru qonaqları salamlayaraq Neft-Kimya Prosesləri İnstitutunun elmi istiqamətləri, institutda aparılan elmi-tədqiqat işləri, kadr hazırlığı, kadr potensialı, tətbiq olunmuş, tətbiqə hazır işlər və institutun bir sıra ali təhsil universitetlərilə əməkdaşlıqları haqda geniş məlumat verib.

İcra Komitəsinin rəhbəri Eldar Qocayev “SABAH” qrupları, bu qrupların yaradılması məqsədi, elmlə təhsilin inteqrasiyası, “SABAH” qrupu tələbələrinin elmi-tədqiqat laboratoriyalarında tədqiqatlarda iştirakının vacibliyi haqqında danışıb.

Görüşdə tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri və bu istiqamətdə Neft-Kimya Prosesləri İnstitutunun verə biləcəyi dəstək və töhfələr müzakirə olunub.

Akademik Vaqif Abbasov bu təklifi yüksək qiymətləndirdiyini, Neft-Kimya Prosesləri İnstitutunun hər zaman ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə olduğunu, gözləntilərə nail olmaq üçün lazım olan bütün şəraitin yaradılacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: