Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.12.2023 14:09
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun kitabxanası ali məktəblərlə əməkdaşlıq əlaqələrini genişləndirir

Dilçilik İnstitutunun kitabxanası ali məktəblərlə əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana müdirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Görüşdə Dilçilik İnstitutu ilə Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universitetləri  arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli institutun tarixi, fəaliyyəti, həyata keçirdiyi layihə və təşəbbüslər, o cümlədən kitabxanalarla əlaqələri haqqında qonaqlara məlumat verib.

Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov ali müəssisə haqqında ətraflı məlumat verib, kitabxananın strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanlarından danışıb. Birgə əməkdaşlığın faydalı olacağı və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyini bildirib. Daha sonra kitab mübadiləsi haqqında razılıq əldə olunub.

Görüşdən məmnunluğunu ifadə edən Bakı Qızlar Universitetinin kitabxana müdiri Aytac  Eminova Dilçilik İnstitutunun kitabxanası ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən bəhs edib.

Dilçilik İnstitutunun kitabxanasının müdiri Sevil Zülfüqarova bildirib ki, ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu vardır. Kitabxana sahəsinin inkişafı bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Bu gün kitabxanamız ali məktəblərlə əlaqələrini genişləndirir.

AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 135 nüsxə Qərbi Kaspi Universitetinin, 116 nüsxə isə Bakı Qızlar Universitetinin kitabxanasına təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: