Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.12.2023 12:40
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Çin Elmlər Akademiyasının nümayəndə heyəti Botanika İnstitutuna səfər ediblər.

Səfərin məqsədi Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandumun imzalanması olub.

ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru Prof. Zhang Yuanming, Yaşıl İpək Yolunun İnkişafı şöbəsinin müdiri Prof. Li Yaoming, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Qiao Jianfang, ÇEA-nın sabiq prezidenti, akademik Bai Chunli, ÇEA-nın Geologiya və Geofizika İnstitutunun direktor müavini Prof. Zhang Xiaoleidən ibarət heyət Botanika İnstitutunda olublar.

Professorlar, elmlər doktorları və doktorantların iştirakı ilə keçən görüşdə Botanika İnstitutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  məlumat verib. Çinli alimlər əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonra Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva və ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru Prof. Zhang Yuanming imzalayıb. Əməkdaşlıq müqaviləsində birgə tədqiqatlar aparmaq, kadr hazırlığı və təcrübə mübadiləsi, müştərək nəşr işləri, elmi tədbirlərin keçirilməsi və s. məsələlər öz əksini tapıb.

Səfər müddətində Botanika İnstitutu tərəfindən ölkəmizin bir sıra ərazilərinə (Qobustan, Şirvan Milli Parkı və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu) müştərək ekspedisiyalar təşkil olunub. Ekspedisiyanın məqsədi çinli alimlərin iştirakı ilə yarımsəhra əraziləri müşahidə etmək və gələcəkdə bu ərazilərdə bərpa işlərinin aparılması üçün birgə tədqiqatların həyata keçirilməsi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: