Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-da “Heydər Əliyev İli. Nəşrlər və tədbirlər” kataloqu işıq üzü görüb
09.01.2024 12:40
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev İli. Nəşrlər və tədbirlər” kataloqu işıq üzü görüb

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Ulu Öndərin zəngin siyasi irsinin, çoxcəhətli fəaliyyətinin öyrənilməsi və təbliği məqsədilə çap olunmuş əsərlər və il boyu AMEA-da dahi liderə həsr edilən tədbirlərə dair “Heydər Əliyev İli. Nəşrlər və tədbirlər” adlı kataloq nəşr olunub.

“Elm” nəşriyyatında işıq üzü görmüş kataloqun layihə rəhbəri AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kataloqu tərtib edən Akademiyanın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı, nəşrin məsul redaktoru isə İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovadır.

Kataloqun ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı öz əksini tapıb.

“Heydər Əliyev İli” çərçivəsində AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələrinin elmi müəssisələri, AMEA-nın Naxçıvan və Gəncə bölmələri, Mərkəzi Elmi Kitabxana, həmçinin AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri, Yer və Kimya Elmləri, o cümlədən Biologiya və Tibb Elmləri bölmələrində çap olunmuş nəşrlərin siyahısı və fotoqalereyası kataloqa daxil edilib. Həmçinin il boyu AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri üzrə çapdan çıxmış konfrans materiallarının siyahısı oxuculara təqdim olunub.

Kataloqda Humanitar və İctiami Elmlər bölmələri, AMEA-nın Naxçıvan və Gəncə bölmələri, Respublika Seysmoloji Xidmət Mərkəzi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb Elmləri bölmələrində, eləcə də AR Elm və Təhsil Nazirliyinin elmi tədqiqat müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş jurnalların xüsusi buraxılışlarının siyahısı və fotoqalereyası da yer alıb.

Bundan başqa, AMEA Rəyasət Heyətində, Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin institutlarında, AMEA-nın Naxçıvan və Gəncə bölmələrində, Şəki və Lənkəran Regional Elmi mərkəzlərində, həmçinin Mərkəzi Elmi Kitabxanada, AMEA-nın Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans, elmi sessiya, seminar və sərgilərin siyahısı və fotoqalereyası nəşrdə əks olunub.

Həmçinin AMEA əməkdaşlarının “Heydər Əliyev İli”nə həsr etdikləri rəsm əsərləri də kataloqda oxuculara təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: