Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı ilə görüşdə Polşanın Azərbaycandakı tarixi irsi, Azərbaycan-Polşa mədəni-tarixi əlaqələri ilə bağlı müzakirələr aparılıb. Həmçinin Polşa tərəfi ilə muzey arasında səmərəli əməkdaşlıq layihələrindən bəhs edilib.
Sonra səfir polşalı memar İosif Qoslavskinin layihələndirdiyi binada fəaliyyət göstərən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət edib. Qonağa muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.