Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.01.2024 17:04
  • A-
  • A
  • A+

Oksford Universitetinin professoru Riçhard Voalker ilə görüş keçirilib

Oksford Universitetinin professoru Riçhard Voalker ilə görüş keçirilib

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker AMEA-nın vitse-prezidenti Yer Elmləri Bölməsinin rəhbəri, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.

Görüşdə Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov da iştirak ediblər.

Müzakirələr zamanı Böyük Britaniyanın Oksford Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub.

Görüşdə, həmçinin Böyük Britaniyanın Oksford Universiteti və RSXM əməkdaşlarının ötən il Salyan və Göyçay rayonlarında birgə apardıqları tədqiqatlar zamanı qazılmış xəndəklərdən götürülmüş nümunələr əsasında alınmış paleoseysmoloji nəticələr də müzakirə olunub.

Tədbirdə maraq doğuran bir sıra məsələlərə də aydınlıq gətirilib, xatirə şəkili çəkilib və qonağa hədiyyə təqdim olunub.

Qeyd edək ki, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədilə bu ilin aprel ayında Azərbaycan nümayəndə heyətinin Oksford Universitetinə tanışlıq səfəri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: