Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Bakıdakı Rus Evinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub
02.02.2024 10:08
  • A-
  • A
  • A+

Bakıdakı Rus Evinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və əməkdaşı Yelena Svileva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Qonaqlar Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib, eləcə də, Şərqşünaslıq İnstitutunun Rusiyanın bir sıra elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığından danışıb.

İ.Zinnurov mövcud əməkdaşlığı genişləndirməkdən, Bakıdakı Rus Evinin köməkliyi ilə Rusiyanın digər elm və təhsil müəssisələri ilə də əlaqələr qurmağın perspektivlərindən söz açıb.

Görüşdə mədəniyyətlərarası mübadilə sahəsində əməkdaşlıq, birgə elmi seminarların, konfransların təşkili imkanları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: