Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.02.2024 14:31
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Coğrafiya İnstitutunda olublar

Rusiyalı alimlər Coğrafiya İnstitutunda olublar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzi (BTİ BMMTM)  arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən Mərkəzin bir qrup elmi işçisi Coğrafiya İnstitutunda  olub.

Səfərin əsas məqsədi elmi-tədqiqat işlərinin inteqrasiyası, elm və təhsil sahəsindəki işlər, ali məktəb tələbələri üçün yeni dərsliklərin, atlas və albomların hazırlanması, eləcə də əməkdaşlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı olub.

Səfərin ilk günü “Siyasi və elektoral coğrafiya” mövzusunda elmi seminar keçirilib. Tədbirdə moskvalı qonaqlar və Cİ əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin professorları Çingiz İsmayılov və Aydın İbrahimov, BDU-nun müəllimi, c.ü.f.d. Emin Ələkbərli və  Cİ-nin dissertantı  Aslan Babaxanov da iştirak ediblər.

Baş direktor professor Zakir Eminov qonaqları salamlayaraq giriş nitqi ilə çıxış edib, iki müəssisə arasında uğurla davam edən işlərdən danışıb.

Qonaqların nümayəndə heyyətinin rəhbəri, BTİ BMMTM-nin direktoru İqor Yuryeviç Okunev çıxış edərək elmi seminara dəvətə görə Z.Eminova təşəkkürünü bildirib, Bakının gəzərkən aldıqları xoş təəssüratı iştirakçılarla bölüşüb. Müəssisə rəhbəri “Политическая и электоральная география: потенциал использования геоинформационного моделирования и пространственного статистического анализа” (Siyasi və seçki coğrafiyası: geoinformasiya modelləşdirməsi və məkan statistik təhlilindən istifadə potensialı) mövzusunda məruzə edib və özü ilə gətirdiyi müəllif kitablarını Coğrafiya İnstitutuna hədiyyə edib.

Sonra seminarın proqramına uyğun olaraq aşağıdakı mövzularda məruzələr dinlənilib:

“Восстановление территориальной целостности республики и его влияние на результаты выборов” (Respublikanın ərazi bütövlüyünün bərpası və onun seçkilərin nəticələrinə təsiri” (BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov);

“Научно-методическая школа МГИМО по политической и электоральной географии” (BTİ BMMTM-nin siyasi və seçki coğrafiyası üzrə elmi-metodiki məktəbi. Müqayisəli siyasi elmlər kafedrasının müəllimi Marianna Şestakova);

“По вопросу об электоральной географии Турции” (Türkiyənin seçki coğrafiyası məsələsinə dair. BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizmi kafedrasının müdiri, professor Aydın İbrahimov);

“Международно-политическое влияние государств: пространственное моделирование системы международных отношений, многомерное шкалирование и пространственный кластерный анализ” (Dövlətlərin beynəlxalq siyasi təsiri: beynəlxalq münasibətlər sisteminin məkan modelləşdirilməsi, çoxölçülü miqyaslama və məkan klaster təhlili. Elmi Nəticələrin Təhlili və Təbliği Mərkəzinin direktoru Yevgeniya Zaxarova);

“Трансформации электорального поведения в российском приграничье: сравнительный пространственный анализ” (Rusiya sərhəd bölgəsində seçki davranışının transformasiyası: müqayisəli məkan təhlili. BTİ BMMTM-nin elmi işçisi Lidiya Jirnova);

“Пространственные базы данных ЦПАМО ИМИ по политической и электоральной географии в репозиториях МГИМО и Гарвардского университета: опыт создания и патентирования” (BTİ BMMTM və Harvard Universitetinin repozitoriyalarında siyasi və seçki coğrafiyası üzrə TsPAMO IMI-nin məkan məlumat bazaları: yaradılması və patentləşdirmə təcrübəsi. BTİ BMMTM-nin elmi işçisi Qerman Ostapenko);

“Автономные ГИС и языковые модели в электоральном анализе: инновационные методологии и перспективы” (Seçki təhlilində avtonom GIS və dil modelləri: innovativ metodologiyalar və perspektivlər. Coğrafiya İnstitutunun dissertantı Aslan Babaxanov).

Uzun çəkən maraqlı seminar məruzələr ətrafında gedən fikir mübadiləsi ilə başa çatıb. Seminarda, həmçinin Türkiyə-Azərbaycan-Rusiya coğrafiyaçılarının birgə iştirakı ilə distant formatda elmi seminar keçirilməsi təklifi qəbul edilib.

İnstitut əməkdaşlarının müşayiəti ilə qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər ediblər. Muzeydə onlar insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələrindən bəhs edən incəsənət nümunələri ilə yaxından tanış olub, Böyük Daş, Kiçikdaş, Cingirdağdakı Yazılı təpə, Şonqar və Şıxqaya dağları ilə bağlı maraqlı məlumatlar əldə ediblər,

Səfərin üçüncü günü İnstitutun konfrans zalında dəyirmi masa təşkil olub. Rus alimləri  elmi diskussiyaya qoşularaq müasir dövrümüzdə coğrafiya elmi sahəsində olan qabaqcıl tendensiyalar və yaranan problemləri qarşılıqlı konteksdə öyrənməyə çalışıb, Coğrafiya İnstitutunun yeni nəşr olunmuş elmi monoqrafiyaları, dərslik və atlasları ilə yaxından tanış olublar. 

Sonda iştirakçılar kollektiv xatirə fotosu çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: