Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.02.2024 10:32
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayevlə görüşüb.

Nazir müavini öncə Akademiyanın muzeyi ilə tanış olub, nəşr olunmuş elmi əsərlər ona təqdim olunub.

Görüşdə akademik Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının ötən ildəki fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb, cari layihələr barədə məlumat verib.

Daha sonra tərəflər təşkil olunacaq birgə tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

Alibek Bakayev Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, görüşdə Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Tileujan Seksenbay, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq, Yaxın Şərq və Afrika şöbəsinin müdir müavini Oljas Toqızbayev, həmin idarənin Çoxtərəfli Əməkdaşlıq İdarəsinin direktoru Yedil Mırzahanov, eləcə də Aakademiyanın ekspertləri Asem-Dariya Abayeva və Dinmuhammed Ametbek iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: