Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2024 15:38
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda keçirilən seminarda türk ədəbiyyatının tarixi inkişaf mərhələlərindən bəhs edilib

Şərqşünaslıq İnstitutunda keçirilən seminarda türk ədəbiyyatının tarixi inkişaf mərhələlərindən bəhs edilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.

Seminarda institutun Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu “Türk ədəbiyyatının tarixi inkişaf mərhələləri (V-XX əsrlər arası)” mövzusunda məruzə edib. S.Gündoğdu bildirib ki, ədəbiyyat tarixi mədəniyyət tarixinin mühüm bir hissəsidir. Çünki bir millətin əsrlərdən bəri keçdiyi yolu, onun duyğu, düşüncə və həyat tərzini ədəbi mətnlər vasitəsilə tədqiq edən canlı bir salnamədir. Bu gün türk ədəbiyyatını anlamaq və düzgün şərh etmək üçün onun tarixini bilmək vacibdir. Şərqşünas alim bu mənada seminarın institutun doktorant və dissertantlarının V-XX əsrlər arası türk ədəbiyyatının tarixi inkişaf mərhələlərini öyrənmələri baxımından faydalı olacağını qeyd edib. Seminarda türk şifahi xalq ədəbiyyatından Cümhuriyyət dövrü türk ədəbiyyatına qədərki dövrlər haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: