Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Borçalı nahiyəsinin kameral təsviri” kitabı çap olunub
13.02.2024 12:48
  • A-
  • A
  • A+

“Borçalı nahiyəsinin kameral təsviri” kitabı çap olunub

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Borçalı nahiyəsinin kameral təsviri” kitabı çapdan çıxıb.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə işıq üzü görən nəşrin layihə rəhbəri və elmi redaktoru akademik Şahin Mustafayev, elmi məsləhətçisi akademik Nizami Cəfərovdur.

Nəşrdə qeyd olunur ki, 1743-cü ildə Nadir şah tərəfindən Gürcüstan vilayətinə (Kartli-Kaxetiya çarlığına) daxil edilən və 1801-ci ildə onunla birlikdə çar Rusiyasına ilhaq edilən Azərbaycan türklərinin tarixən yaşadığı Borçalıda Rusiya hökuməti tərəfindən vergi tətbiq etmək məqsədilə 1804-cü ildən başlayaraq müxtəlif vaxtlarda siyahıyaalmalar aparılmış və kameral təsvirlər tərtib edilmişdir.

Oxuculara təqdim edilən bu kitaba Borçalı nahiyyəsinin 1860-cı ilə aid kameral təsviri daxil edilib. Kitabda Borçalı nahiyyəsinin tarixi coğrafiyası, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi və demoqrafik vəziyyəti, əhalinin etnik tərkibi, məşğuliyyəti, demoqrafiyası və dövlətə ödədiyi vergilər haqqında ətraflı məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: