Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məhəmməd Xəlifə Aciz “Divan”ının leksikası” monoqrafiyası çapdan çıxıb
13.02.2024 14:28
  • A-
  • A
  • A+

“Məhəmməd Xəlifə Aciz “Divan”ının leksikası” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aynurə Məmmədovanın “Məhəmməd Xəlifə Aciz “Divan”ının leksikası” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada ilk dəfə olaraq XIX əsrdə Cənubi Azərbaycanda yaşayıb-yaratmış görkəmli söz ustadı Məhəmməd Xəlifə Acizin “Divan”ının leksik tərkibi, tematik, leksik-semantik söz qrupları araşdırılmış, divandan nümunə olaraq götürülmüş konkret dil faktları əsasında linqvo-psixoloji məqamlar tədqiq edilmişdir. Elmi-nəzəri dilçiliyin tədqiqinə həsr edilmiş bu monoqrafiyadan tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında yararlanmaq olar.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d. Nəsib Göyüşov, rəyçiləri akademik Möhsün Nağısoylu və böyük elmi işçi Mustafa Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: