AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Zaur Hacıyev “Ana dili ərəb dili olmayan (qeyri-ərəb) əcnəbi müəllimlərin (universitet müəllimləri) ərəb dilinin tədrisi üçün hazırlanması və ixtisasının artırılması” mövzusunda keçirilmiş təlimlərdə iştirak edib.
Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyası və Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda ərəb dili üzrə fəaliyyət göstərən mütəxəssislər üçün təşkil olunmuş dörd günlük təlimlərdə Zaur Hacıyev ərəb dilinin incəlikləri və yenilikləri, audio dərslərin tədrisi formaları, tədris kompozisiyasında tətbiqlər, dinləmə bacarıqları və dilçilik məsələlərinə dair biliklərə yiyələnib və təlimdə uğurla iştirakına görə Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, təlimlər Səudiyyə Ərəbistanının ərəb dili üzrə tanınmış mütəxəssisləri – Təhsil Nazirliyində təlim rəhbəri, doktor Sultan bin Suqyan və İslam Universitetinin tədris heyətinin üzvü, professor Əhməd əl-Subaihi tərəfindən keçirilib. Təlimin açılış mərasimində Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının nümayəndə heyətinin rəhbəri Nada əl-Mutari də iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.