Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Vaqif Novruzovun biblioqrafik göstəricisi işıq üzü görüb
22.02.2024 15:39
  • A-
  • A
  • A+

Professor Vaqif Novruzovun biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə növbəti biblioqrafik göstərici işıq üzü görüb.

Göstərici Əməkdar elm xadimi AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 80 illiyinə həsr edilib.

Alimin kitabları elmi məqalələri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işlərinin də əlavə edildiyi biblioqrafiyada, Vaqif Novruzovun həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin onun haqqında yazıları öz əksini tapıb.

Nəşrin elmi redaktoru MEK-in direktoru professor Məmməd Əliyev, tərtibçisi Rəna Cavadova, redaktoru Nərgiz Novruzovadır.

Göstərici biologiya elmi sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: